Tariyel İsmayılov “Accessbank”ın İdarə Heyətinə üzv seçilib

1-05-2017, 15:03
Oxunub: 407
T.İsmayılov “AccessBank”dakı fəaliyyətinə 2003-cü ildə mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb


“Accessbank” QSC-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib.

Report xəbər verir ki, indiyə qədər Bankın baş direktorlarından biri olan Tariyel İsmayılov İH-nin sədr müavini vəzifəsinə gətirilib.

Xatırladaq ki, T.İsmayılov “AccessBank”dakı fəaliyyətinə 2003-cü ildə mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. O, qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək 2006-cı ildə Bankın Gəncə filialının rəhbəri vəzifəsinə yüksəlib, daha sonra regional menecer və departament rəhbəri kimi çalışıb, 2013-cü ildə isə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir. T.İsmayılov “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir. O, milliyyətcə azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 119,85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti