Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq

1-05-2017, 12:09
Oxunub: 387
Uçuşları "Ural Airlines" icra edir


Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Yekaterinburqdan Lənkərana mütəmadi aviareyslər yerinə yetirəcək.

Report-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviaşirkət qeyd edilən istiqamət üzrə uçuşlar həyata keçirmək üçün "Rosaviasiya” İdarəsindən müvafiq icazə alıb. Aviaşirkət Yekaterinburq-Lənkəran reyslərini həftədə 3 dəfə həyata keçirməyi planlaşdırır.

"Aviaşirkət, həmçinin Moskva və Sankt-Peterburqdan da Lənkərana uçmağı planlaşdırır", - deyə məlumatda əlavə edilib.

Qeyd dək ki, hazırda Yekaterinburqun Koltsovo beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar yerinə yetirilir. Uçuşları "Ural Airlines" icra edir.

Koltsovo beynəlxalq hava limanı mart ayının sonundan yay qrafikinə keçib. Bu mövsümdə Yekaterinburqdan 34 aviaşirkət 79 istiqamət üzrə uçuşlar yerinə yetirəcək. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti