Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27-04-2017, 18:09
Oxunub: 296
İxracda da azalma qeydə alınıb.


Azərbaycana cari ilin birinci rübündə 3 384,21 min manat dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

Etatist.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxracda da azalma qeydə alınıb. Hesabat dövründə 17,35 min manat həcmində humanitar yük, təmannasız kömək və texniki yardım ixrac edilib ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti