ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırır

27-04-2017, 11:59
Oxunub: 373
"Biz bu məqsədə çatmaq üçün danışıqlara açıq qalırıq"


ABŞ, Şimali Koreyanın nüvə və raket proqramlarını dayandırması məqsədilə təzyiqləri artırmaq üçün diplomatik gediş kimi ölkəyə qarşı sanksiyaları artırır.

Prezident Donald Trampın strategiyası 100 ABŞ senatorunun hamısı üçün xüsusi brifinqdən sonra məlum olub.

Bundan əvvəl Sakit okean üzrə yüksək çinli hərbçi Cənubi Koreyanı qorumaq üçün ora qabaqcıl raket hücumundan müdafiə sisteminin yerləşdirilməsini dəstəkləyib.

Şimali Koreyanın yeni silah sınaqları planlaşdırması fonunda gərginlik artıb.

"Birləşmiş Ştatlar Koreya yarımadasında stabillik və dinc nüvəsizləşdirmə üçün çalışır", dövlət katibi Rex Tillerson, müdafiə katibi Jim Mattis və Milli Kəşfiyyat katibi Dan Coats-ın birgə bəyanatında deyilir.

"Biz bu məqsədə çatmaq üçün danışıqlara açıq qalırıq. Lakin, özümüzü və müttəfiqlərimizi müdafiə etməyə hər zaman hazırıq".

Bəyanatda qeyd edilir ki, yeni tədbirlər iqtisadi sanksiyaları gücləndirmək və ABŞ-ın müttəfiqlərinə və regional tərəfdaşları ilə birgə diplomatik işlər həyata keçirməyi nəzərdə tutur.

Cənab Trump-ın sələfi Barak Obama bir il əvvəl Şimali Koreya tərəfindən nüvə sınaqları və peyk buraxılmasının ardından sanksiya tətbiq edib.

Belə ki, ABŞ-da Şimali Koreya hökumətinə aid əmlak dondurulub və oraya ixrac və ya investisiya etməyə qadağa qoyulub.
Şimali Koreya ilə biznes edən hər kəs, hətta qeyri-amerikalılar qara siyahıya salınıb (BBC)/
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti