ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçirəcək

26-04-2017, 11:21
Oxunub: 338
Qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Etatist.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti