Daha bir neçə yolda hərəkət məhdudlaşdırılır

21-04-2017, 11:29
Oxunub: 101
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.


Paytaxtda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır.

Qurumdan Trend-ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti