Qazaxıstanlı opera ifaçısı Bakıda çıxış edəcək

20-04-2017, 18:34
Oxunub: 67


Opera və Balet Teatrında aprelin 29-da C.Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Report-a verilən məlumata görə, tamaşada əsas partiya olan Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti  Aygül Niyazova dəvət olunub.

Məlumata görə, A.Niyazova Qazaxıstanın ən populyar vokalçılarından biri olmaqla yanaşı dünyanın bir çox ölkələrində ən mötəbər tamaşa və konsert salonlarında - Carnegie Hall (Nyu-York), Sony Centre for the performing arts (Toronto), Opera Bastilia (Paris), Stadsschouwburg (Brussel), De Doelin (Amsterdam) və s. uğurla çıxış edir. 

Qazaxıstanlı ulduz ilk dəfədir Bakıya qastrola gəlir.

Tamaşada Şarples rolunda Ukraynanın əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda əməkdar artist Fərid Əliyev, Süzuki rolunda əməkdar artist Səbinə Vahabzadə və b. çıxış edəcəklər.

Operanın dirijoru isə xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti