Bu il 728 mln. manatlıq vergi borcu silinib

20-04-2017, 15:51
Oxunub: 96
34 070 sayda vergi ödəyicisinin 643 831,1 min manat məbləğində borcu ləğv edilib


Bu il yanvarın 1-nə 39 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 409 370,7 min manat, 1 aprel 2017-ci il tarixə isə 41 352 vergi ödəyicisinin 1 016 626 min manat məbləğində vergi borcu olub.

Report-un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin I rübü ərzində 35 542 sayda vergi ödəyicisinin 251 086,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 831,1 min manat məbləğində borcu ləğv edilib.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728,083 mln. manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən, bu ilin yanvar-mart ayları ərzində edilmiş 8 013,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan maliyyə sanksiyaları üzrə borclarının 13,761 mln. manatı silinib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti