Polis Obamanın qızını təqib edən şəxsi saxlayıb

20-04-2017, 15:50
Oxunub: 113
O, aprelin 10-da Maliyaya ona ərə getməsi üçün yalvarıb


ABŞ-ın Məxfi Xidmət əməkdaşları sabiq prezident Barak Obamanın 18 yaşlı qızı Maliya Obamanı təqib etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “New York Daily News” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu keçmişdə Ağ ev ərazisinə daxil olmağa cəhd edən Nyu-Yorkun 30 yaşlı sakini Ceyra Nilton Kardosodur. Qəzet yazır ki, o, aprelin 10-da Maliyaya ona ərə getməsi üçün yalvarıb. Həmçinin daha əvvəl də Nyu-Yorkda sabiq prezidentin qızının təcrübə keçmək üçün getdiyi binaya daxil olub.

Məxfi Xidmətin əməkdaşları növbəti gün kişiylə söhbət etdikdən sonra onun psixi sağlamlıqla bağlı problemi olmasını ehtimal edərək ekspertizadan keçməsi üçün xəstəxanaya göndəriblər. Polis cinayət əməli törətməyən Kardosonun B.Obamanın qızını təqib etməsilə bağlı cinayət işi açmağa tərəddüd edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti