Proqnoz: Sabah güclənən külək bazar günü mülayimləşəcək

20-04-2017, 15:48
Oxunub: 39
"Aprelin 22-də gündüz saatlarında şimal-qərb küləyi artıq güclənəcək"


"Azərbaycanda sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək".

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, aprel ayının 20-i mülayim cənub küləyinin gündüz saatlarında arabir güclənməsi gözlənilir: "Aprelin 22-də gündüz saatlarında şimal-qərb küləyi artıq güclənəcək. Aprelin 23-də isə artıq şimal küləyinin nisbətən mülayimləşəcəyi və gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir".

G.Məmmədova bildirib ki, havanın temperaturu yaxın 2-3 gün ərzində 17-22 dərəcə arasında dəyişəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti