Bakı Metropoliteni açıq tender elan edib

20-04-2017, 15:26
Oxunub: 91
M.Rəfili küçəsi,20 ünvanına (icraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsinə) təqdim etməlidirlər


"Bakı Metropoliteni" QSC təsərrüfat malları və təmizləyici vasitələrin alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Belə ki, lot-1 üzrə (təsərrüfat mallarının alınması) tenderdə iştirak haqqı 150 manat, lot-2 üzrə (təmizlyəici vasitələrin alınması) isə 50 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün lazımlı sənədləri 16 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 24 may saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (icraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsinə) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 25 may saat 15:00-da göstərilən ünvanda açılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti