Nazarbayevdən təklif: saqqal qadağan edilsin!

20-04-2017, 15:23
Oxunub: 83
N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur


Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi təklif edib.

Lent.az-ın məlumatına görə, Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O, gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb.

N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: “Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti