Azərbaycanda xarici turlar 6% bahalaşıb

20-04-2017, 14:32
Oxunub: 106
Bu göstərici yanvarda 500,01 manat səviyyəsində olub


Mart ayında Azərbaycandan kənara istirahət turları 5,9% bahalaşıb, ölkədaxili turların qiymətləri isə sabit qalıb.

Report-un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, martda orta aylıq qiymət 512,16 manata yüksəlib. Bu göstərici yanvarda 500,01 manat, fevralda isə 490,49 manat səviyyəsində olub. Belə ki, ölkədən kənara istirahət turları yanvarda 0,1% bahalaşsa da, fevralda qiymətlərdə 2,5% azalma qeydə alınıb. Ölkədaxili istirahət turlarının orta aylıq qiyməti isə ilin əvvəlindən dəyişməz qalaraq 296,71 manat təşkil edib. 

Bildirək ki, bu xidmətlər istehlak səbətinə daxil edilən 100 xidmət siyahısındadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti