Küveyt yaxın 5 ildə neft sənayesinə 120 mlrd. dollar yatıracaq

20-04-2017, 14:25
Oxunub: 78
"Hazırda planlaşdırılan vəsaitin 30%-i yatırılıb"


Küveyt yaxın 5 ildə neft sənayesinə 120 mlrd. ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır.

Report "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama ölkənin neft naziri İssam əl-Məzruk tərəfindən verilib.

Nazir bildirib ki, Küveyt 2015-ci ildə neft sənayesinə 2020-ci ilə qədər 120 mlrd. dollar həcmində investisiyanın yatırılmasına dair proqram qəbul edib və bu plan qüvvədədir: "Hazırda planlaşdırılan vəsaitin 30%-i yatırılıb, yaxın 3 ildə isə qalan 70%-in investisiya edilməsi planlaşdırılır".

Əl-Mazruk həmçinin qeyd edib ki, Fars körfəzinin digər 6 ölkəsi də xam neft emalı sahəsinin inkişaf etdirilməsində maraqlıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti