ABŞ-da gündəlik neft hasilatı 20 aylıq maksimuma çatıb

20-04-2017, 13:35
Oxunub: 30
Dünən EİA tərəfindən açıqlanan hesabat neft bazarı iştirakçıları tərəfindən mənfi qiymətləndirilib


ABŞ-da gündəlik neft hasilatı 8-14 aprel həftəsində 9,252 mln. barel təşkil edib və son 20 ayın maksimal həddinə çatıb.

"Report" ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatına istinadən xəbər verir ki, həftəlik müqayisədə orta gündəlik neft hasilatı 17 min barel və ya 0,18% artıb. Xatırladaq ki, ABŞ-da gündəlik neft hasilatının tarixi rekord səviyyəsi 2015-ci ilin iyun ayının 5-də bitən hesabat həftəsində qeydə alınıb. Bu da o deməkdir ki, hazırda rekord səviyyəyə çatmaq üçün hasilatın gündəlik 358 min barel və ya 3,9% artması kifayət edər. Qeyd edək ki, ilin əvvəlindən ABŞ-da gündəlik neft hasilatı 482 min barel və ya 5,5% artım göstərib.

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatları həftəlik müqayisədə 1,034 mln. barel və ya 0,19% azalaraq 532,343 mln. barel təşkil edib.

Xatırladaq ki, neft ehtiyatlarının maksimal həddi bundan 2 həftə əvvəl martın 31-də 535,543 mln. barel səviyyəsində qeydə alınıb. Hazırda neft ehtiyatları maksimal səviyyədən 3,2 mln. barel və ya 0,6% aşağıdır.

Dünən EİA tərəfindən açıqlanan hesabat neft bazarı iştirakçıları tərəfindən mənfi qiymətləndirilib. Belə ki, treyderlər neft ehtiyatlarının 1,5 mln. barel azalacağını, gündəlik hasilatın isə artmayacağını proqnozlaşdırırdılar. Bu səbəbdən dünən "Brent" markalı neftin qiyməti 2,6 dollar və ya 4,7% azalaraq 52,6 dollar/barelə çatıb. Hazırda isə bu markadan olan neft 53,2 dollar/barelə satılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti