Ermənistanda itkin düşən rus hərbçidən xəbər var

20-04-2017, 13:34
Oxunub: 101
Bildirilir ki, itkin hərbçi xidmət yoldaşının kirayəyə götürdüyü mənzildə olub.


Aprelin 16-da Ermənistanda itkin düşən rus hərbçisi tapılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər yayıb.

Məlumata görə, Gümrü şəhərindəki 102-ci hərbi hissədə müqavilə ilə xidmət edən hərbi qulluqçu, Rusiya vətəndaşı Dmitri Loşmanov aşkarlanaraq Gümrüdəki Muş polis bölməsinə aparılıb.

Bildirilir ki, itkin hərbçi xidmət yoldaşının kirayəyə götürdüyü mənzildə olub.

Hələlik faktla bağlı əlavə hər hansı məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti