Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi

20-04-2017, 13:02
Oxunub: 97
Yol təmirlə əlaqədar bağlıdır və ora keçmək olmaz.


Bir neçə gündür təmirinə başlanmış Binəqədi-Novxanı yolunda maraqlı hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir gedən ərazidə yol bağlı olsa da, sürücülərdən biri mütləq bağlanmış hissəyə keçməli olduğunu söyləyib.

Ona izah edilib ki, yol təmirlə əlaqədar bağlıdır və ora keçmək olmaz. Buna etiraz edən sürücü isə “Mercedes” markalı avtomobilini düz qreyderin təkərinin altında saxlayaraq çıxıb gedib.

Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti