Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iki məxfi sənəd aşkar edilib

20-04-2017, 12:49
Oxunub: 86
Ötən iyunda yazılmış birinci məktub Rusiya hökumətinin ən yuxarı eşelonunda olan rəsmilər arasında yayılıb.


"The Guardian" yazır ki, Rusiya hökumətinin və Vladimir Putinin nəzarətində olan analitik mərkəzin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə hazırladığı üzə çıxıb.

Hazırda iş başında olan 3 və istefada olan 4 ABŞ rəsmisi Reuters agentliyinə bildiriblər ki, Moskvada mənzillənmiş Starateji Tədqiqatlar İnstutunda hazırlanmış iki məxfi sənəddə ABŞ seçkisini Trump-ın xeyrinə əymək və amerikalı seçicilərin öz ölkələrinin seçki sisteminə inamını sarsıtmaq məqsədilə tövsiyələr verilir.

Bu da xəbər verilir ki, sözü gedən iki məxfi məktub Amerika xüsusi xidmətlərinin əlinə ABŞ seçkisindən sonra keçib.

Ötən iyunda yazılmış birinci məktub Rusiya hökumətinin ən yuxarı eşelonunda olan rəsmilər arasında yayılıb.

Bu məktubda Kremlə sosial media və Rusiya tərəfindən dəstəklənən qlobal xəbər qurumlarında Amerika seçicilərinin Rusiyaya münasibətdə daha yumşaq mövqe tutan namizədi dəstəkləməsinə sövq edilməsi tövsiyə olunurdu.

Oktyabr ayında hazırlanmış və Rusiya hökumət idarələrində dar çevrədə eyni qaydada dövriyyə etdirilmiş ikinci sənəddə bildirilirdi ki, ABŞ seçkisində Hillary Clinton qalib gələ bilər. Buna görə də həmin məktubda Trump-ın təbliğatını dayandırmaq, ABŞ seçki sisteminin leqallağı barədə şübhə yaratmaq, habelə Clinton-u gözdən salmaq tövsiyə olunurdu.

Hazırkı və keçmiş ABŞ rəsmiləri adlarının çəkilməməsi şərtilə danışıblar, çünki haqqında bəhs edilən iki sənəd "məxfi" qrifi daşıyır.
ABŞ xüsusi xidmətləri bu məktublar barədə hər hansı şərh verməkdən imtina ediblər.

"The Guardian" yazır ki, Putin ABŞ seçkisinə müdaxilə etdiyinə dair iddiaları rədd edir. Sözü gedən iki məktub barədə Rusiya Strateji

Tədqiqatlar İnstitutuna və Kremlin sözçüsünə şərh üçün edilmiş müraciətlər cavabsız qalıb.

Məqalədə deyilir ki, məhz bu sənədlər Obama administrasiyasını, Rusiyanın ABŞ seçki kampaniyasına "saxta xəbər" və haker hücumu təşkil etdiyinə inandırmışdı.

"Putin qarşısına məqsəd qoymuşdu və instituta onun üçün yol xəritəsinin hazırlanması göstərişini vermişdi" - deyib keçmiş vəzifəli Amerika təhlükəsizlik rəsmisi.

Dörd Amerika rəsmisi bildiriblər ki, iyun ayında hazırlanmış məktub Putin administrasiyasının hələ 2016-cı ilin martından başlatdığı kampaniyanın genişləndirilməsini tövsiyə edirdi.

Məhz bu vaxtdan etibarən Kreml "Russia Today" və "Sputnik" xəbər agentlikləri də daxil dövlət beynəlxalq media qurumlarına Trump-ın namizədliyini qızğın dəstəkləmək komandası vermişdi.

"Russia Today" iddialar barədə sorğulara cavab verməyib, "Sputnik" isə onları "yalan yığını" adlandırıb.

"The Guardian" yazır ki, "Russia Today" və "Sputnik" ABŞ prezident seçkisinin kampaniyası zamanı anti-Clinton materialları dərc edir, Kremlyönlü blogerlər isə Clinton-un qələbəsinin ədalətli ola biləcəyini şübhə altına alan Twitter kampaniyası aparırdılar.

Məsələn, "Russia Today" Clinton barədə hazırladığı videoda iddia edirdi ki, Clintonlar xeyriyyəsinin bütün pulları ailə tərəfindən mənimsənilib.
5 ABŞ rəsmisi Rusiya Strateji Tədqiqatlar İnstitutunun Kremlin xarici siyasətini formalaşdıran qurum olduğunu bildiriblər.

"The Guardian" yazır ki, bu institutun direktoru Leonid Reşetnikov Rusiya xarici kəşfiyyatının sıralarında 33 illik xidməti ərzində general-leytenant rütbəsinə yüksəlmiş şəxsdir.

Reşetnikov ötən yanvarda istefaya getdikdən sonra, Putin onun yerinə Mixail Fradkovu təyin edib. Fradkov 2007-2016-cı illərdə Rusiya xarici kəşfiyyatına rəhbərlik edib (BBC).
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti