Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib

19-04-2017, 18:51
Oxunub: 111
Aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.


Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

Etatist.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

Qeyd olunub ki, təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.

Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib

 

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib

 

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib

 

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti