Ərdoğanın ABŞ-a rəsmi səfərinin vaxtı açıqlanıb

19-04-2017, 18:45
Oxunub: 115
Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın sonunda ABŞ-a rəsmi səfər edəcək.

Səfər Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcək.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Xəbərdə bildirilib ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti