Bu gecə Yerin yaxınlığından parlaq astroid keçəcək

19-04-2017, 18:38
Oxunub: 615
Bu, müvafiq kosmik cismin son 400 ildə Yerə maksimum yaxınlaşma məsafəsidir


Eni 500 metrə yaxın olan JO25 astroidi Yerə yaxınlaşır. O, aprelin 20-nə keçən gecə planetimizdən 1,8 milyon kilometr məsafədən keçəcək.

AzərTAc xəbər verir ki, NASA-nın xarici KİV-lərdə yayılan məlumatına görə, bu, müvafiq kosmik cismin son 400 ildə Yerə maksimum yaxınlaşma məsafəsidir.

NASA-da qeyd edirlər ki, JO25 Yer kürəsində həyat üçün potensial təhlükə yaradan kosmik cisimlər siyahısına daxil olunsa da, planetə real təhdid təşkil etmir. Mütəxəssislərin fikrincə, əgər bu böyüklükdə astroid Yerlə toqquşsa, hətta okeana düşsə belə, qitələrdən birini tamamilə dağıda bilər.

Astroid rekord yüksək sürətlə (saniyədə 33, saatda 120 min kilometr) uçacaq. Yerə yaxınlaşma anında parlayan səthi sayəsində onu çox da böyük olmayan teleskopla da görmək mümkün olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti