Türkiyənin məşhur aktyoru Bülənt Kayabaş vəfat edib

19-04-2017, 12:11
Oxunub: 421
Sənətçi aprelin 21-də son mənzilə yola salınacaq.


Türkiyənin tanınmış sənətçisi Bülənt Kayabaş 72 yaşında vəfat edib.

Aktyor aprelin 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Sənətçi aprelin 21-də son mənzilə yola salınacaq.

Bülənt Kayabaş 1945-ci ildə Əskişəhərdə doğulub. 1961-ci ildən şəhər bələdiyyə teatrında işə başlayıb. İndiyədək çoxsaylı film və tamaşalarda müxtəlif obrazlar yaradıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti