Milli Fikir Mərkəzindən növbəti önəmli kitab - Açıqlama

18-04-2017, 21:32
Oxunub: 2714
"Milli Fikir Mərkəzi bu kitabı tərcümə edərək cəmiyyətə vicdan amilinin önəmli nümunələrini təqdim etmək istəyir"


Milli Fikir Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə məşhur filosof Dhirenda Mohan Dattanın Mahatma Qandi haqqında yazdığı kitab tərcümə olunub.

Etatist.com-un xəbərinə görə, kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat və yaradıcılıq fəlsəfəsi, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkata ruhani baxış və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.
Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.

Təqdimata gəlmək istəyənlər LİNK-ə daxil ola bilərlər.

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə sözügedən kitabla bağlı Etatist.com-a açıqlama verib:

"Bu kitab cəmiyyətdə sülhün, əminamanlığın əhəmiyyətini anlamaq, eyni zamanda ictimai-siyasi proseslərdə vicdan amilinin nə qədər əhəmiyyətli olduğunun hər kəs tərəfindən bilinməsi üçün çox önəmlidir. Milli Fikir Mərkəzi bu kitabı tərcümə edərək cəmiyyətə vicdan amilinin önəmli nümunələrini təqdim etmək istəyir. Biz maraqlıyıq ki, Azərbaycan gəncləri dünyanın ən ciddi və ən möhtəşəm əsərlərini oxusun. Ona görə də Azərbaycan gənclərinə dünya praktikasından ən uğurlu nümunələri təqdim edirik. İlk nümunəmiz Finlandiya (Bəyaz zanbaqlar ölkəsində), ikinci İsrail (Yəhudi dövləti), bu dəfəki nümunəmiz isə Hindistandır (Qandinin liderlik fəlsəfəsi)". Bu istiqamətdə fəaliyyətimiz davam edəcək".

Milli Fikir Mərkəzindən növbəti önəmli kitab - Açıqlama

MFM sədri növbəti kitabın adı ilə bağlı isə məlumat verə bilməyəcəyini əlavə etdi:


"Bilirsiniz, bizim tərcümə etdiyimiz kitablara plagiatlıq etmək istəyənlər olur. Ona görə kitabların adlarını son ana qədər gizli saxlayırıq. Artıq 5 kitab tərcümə olunub. Bu tərcümələri Kitabıstan yayınları ilə birgə hissə-hissə yayımlayacağıq".

Qeyd edək ki, Kitabıstan yayınları tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" Etatizm Akademiyası seriyasında üçüncü kitabdır.

Kitabın təqdimatı aprelin 29-da saat 14.00-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək.

Kitabın qiyməti 6 AZN-dir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8 (Tarqovuda yerləşən McDonalds-ın qarşısı). Əlaqə: 070 537 21 84

Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti