Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub

18-04-2017, 19:32
Oxunub: 335
H.Babayev kvotanın artırılacağını istisna etməyib


Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.

Bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib. 

Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək. H.Babayev kvotanın artırılacağını istisna etməyib.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymət - 3850 dollar
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti