Elmar Məmmədyarov Malta Parlamentinin spikeri ilə görüşüb

18-04-2017, 19:31
Oxunub: 225
Spiker Anqlu Farruca Azərbaycana çoxsaylı səfərlərini və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb


Malta Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə parlamentinin spikeri Anqlu Farruca ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkiblər. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib.

Spiker Anqlu Farruca Azərbaycana çoxsaylı səfərlərini və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb.

Nazir Azərbaycan ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətraflında fikir mübadiləsi aparılıb.

Sonda Elmar Məmmədyarov Parlamentin xatirə kitabına ürək sözlərini yazıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti