Fotoqrafiya kursu fəaliyyətə başladı - Fotolar

17-04-2017, 17:51
Oxunub: 2548
"Qeydiyyatdan keçən şəxslərlə müsahibələr aparıldı və onlardan 50-si kursa qəbul olundu"


Milli Fikir Mərkəzi və United Colors of Azerbaijan-ın birgə layihəsi olan "Fotoqraf kursu" bu gündən fəaliyyətə başlayıb. 

Etatist.com xəbər verir ki, 1 həftə davam edəcək kursa 50 nəfər seçilib. Açılışdan sonra ilk dərsləri Şəhriyar Məcidzadə, Nərmin Cəfərzadə və Səid Əliyev keçdi.

Fotoqrafiya kursu fəaliyyətə başladı - Fotolar

Layihə rəhbəri Pünhani Əsgərlinin verdiyi açıqlamaya görə kurs üçün 226 nəfər qeydiyyatdan keçib:


"Qeydiyyatdan keçən şəxslərlə müsahibələr aparıldı və onlardan 50-si kursa qəbul olundu. Onların içində ən yaşlısının 45, ən gəncinin isə 16 yaşı var idi. Ümumiyyətlə, hər kəsimdən insan qeydiyyatdan keçib".

P. Əsgərli bildirib ki, kursda dərslər müxtəlif mövzularda, iki qrup halında keçiləcək.

Fotoqrafiya kursu fəaliyyətə başladı - Fotolar

Qeyd edək ki, kursda Şəhriyar Məcidzadə (Sosial şəbəkələrdə foto), Səid Əliyev (Fotojurnalistika), Nərmin Cəfərzadə (Fotoqrafiyanın əsasları), Rac Steven (Əsl fotoqrafiya nədir), Pünhani Əsgərli (Vizual görüntünün tarixi) mövzusunda, Elvin Mahmudov və Murad Cəlilov isə praktiki dərslər keçəcəklər.


Əlavə məlumat üçün LİNK-ə daxil ola bilərsiniz.

Onu da əlavə edək ki, bundan öncə Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə Diplomatiya Məktəbi layihəsi baş tutub. Həmin məktəb üçün də 50 nəfər gənc seçilmişdi və onlardan 34 nəfəri sertifikatla təltif olunmuşdu. Bu qısamüddətli kurslar isə davamlı olacaq.

Fotoqrafiya kursu fəaliyyətə başladı - FotolarFotoqrafiya kursu fəaliyyətə başladı - Fotolar

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti