Tutulan ilahiyyatçıya görə məscid bağlanır

3-04-2013, 18:26
Oxunub: 1981


Maştağa qəsəbəsindəki "Həzrəti Əbülfəz ağa” məscidi bağlanır.

 

 

Nardaran dindarlarından Modern.az saytına verilən məlumata görə, son vaxtlar məscidin bağlanacağı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsindən orada ibadət edən insanlara və məscidin dini icmasına təhdidlər olub.
"Son günlər isə Sabunçu rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarından məscidin bağlanacağı ilə bağlı konkret xəbərdarlıq edilib və bu istiqamətdə hazırlıq tədbirləri görülür”-deyə nardaranlı dindarlar qeyd ediblər.
 
Xatırladaq ki, son zamanlar adıçəkilən məsciddə 3 gün əvvəl narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı hacı Tale Bağırovun çıxışları olub.
 
Qeyd edək ki, Maştağa qəsəbəsində yerləşən məsciddə fəaliyyət göstərən dini icma 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydə alınıb. Dövlət Komitəsinin bu barədə mövqeyini öyrənməyə çalışacağıq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti