SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq edən keçmiş müstəntiqə 7 il cəza

14-04-2017, 11:37
Oxunub: 112
Məhkəmənin hökmü ilə Tahir Qurbanov 7 il müddətə azadlıqdan məhrum edilib.


SOCAR-ın vəzifəli əməkdaşlna qarşı dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub.

Musavat.com xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, sabiq müstəntiq Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tahir Qurbanov 7 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Tahir Qurbanov 6 nəfərin etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb.

Tahir Qurbanov əvvəllər prokurorluqda müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. O, həbs olunan dövrdə Vəkillər Kollegiyasının üzvü olub.

T.Qurbanovun dələduzluq etdiyi şəxslərdən biri SOCAR-da tikinti trestinin rəisi müavini olan Allahyar Mirzəyevdir. A.Mirzəyev Qubada yol tikintisinin həyata keçirilməsi üçün T.Qurbanov və onun iki tanışına 50 min manat verib. Bunun qarşılığında A.Mirzəyevin şirkətinə tenderdə yol tikintisinin həyata keçirilməsinin həvalə olunacağı vəd edilib. Ancaq SOCAR əməkdaşının külli miqdarda pulunu ələ keçiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti