BMT İP-yə yeni inzibatçı təyin edilib

13-04-2017, 13:14
Oxunub: 358
BMT İP-də inzibatçı kimi çalışan yeni zelandiyalı Helen Klarkı əvəz edəcək


BMT-nin baş katibi Antoniu Quterriş 55 yaşlı alman Ahim Ştayneri BMT-nin İnkişaf Proqramının (UNDP) yeni inzibatçısı təyin edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, alman diplomat bu vəzifədə 2009-cu ildən BMT İP-də inzibatçı kimi çalışan yeni zelandiyalı Helen Klarkı əvəz edəcək.

Qeyd edək ki, bu vəzifəyə, həmçinin Fransa prezidentliyinə keçmiş namizəd Seqolen Roayal da iddia edib. Hətta A.Quterrişin bu vəzifəyə qadın təyin edəcəyini açıqlmasından sonra əsas namizədə çevrilən xanım Roayal yekun seçimdən sonra təəccübünü gizlədə bilməyib.

Xatırladaq ki, bundan əvvəl A.Ştayner BMT-nin Ətraf Mühit Proqramının direktoru vəzifəsini icra edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti