İranda prezidentliyə 287 namizəd qeydiyyatdan keçib

12-04-2017, 20:23
Oxunub: 125
Namizədlərin qeydiyyatı şənbə günü başa çatacaq.


İranda prezident seçkilərində iştirak etmək istəyən 287 nəfər namizəd qeydiyyatdan keçib.

Bunu prezident seçkilərinin keçirilməsi üzrə qərargahın sədri Əli Əsgər Əhmədi APA-ya açıqlamasında deyib.

O bildirib ki, namizədliyi qeydiyyata alınan şəxslərdən 13 nəfər qadındır. Ə. Əhmədi qeyd edib ki, prezident seçkilərində namizədliyin qeydiyyata alınması üçün qanunda heç bir yaş məhdudiyyəti yoxdur.

Namizədlərin qeydiyyatı şənbə günü başa çatacaq.

Mahmud Əhmədinejad qeydiyyata alınmamışdan əvvəl prezident Həsən Ruhaninin əsas rəqibi İbrahim Rəisi hesab olunurdu. Lakin İ. Rəisi hələlik namizədliyinin qeydiyyata alınması üçün müraciət etməyib. H. Ruhaninin digər rəqiblərindən olan Məhəmməd Baqir Qalibafın da namizədliyini irəli sürəcəyi ehtimal olunur.

Namizədliyi təsdiqlənən şəxslərin adlarının aprelin 26-27-də açıqlanacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti