"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

12-04-2017, 18:21
Oxunub: 1039
"Özümü rejissordan daha çox, kameraman kimi görürəm"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək.

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Layihəmiz çərçivəsində növbəti müsahibimiz qrafiq dizayner Nurlan Həsənlidir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Sizin işlərinizlə tanış olmuşam. Onlarda sezdiyim bir məqam var ki, siz daha çox sadəliyə yönəlirsiniz. Ümumiyyətlə siz bu işlə məşğul olmağa necə qərara gəldiniz?
- WEB proqramlaşdırma oxuyan dönəmdə istəyirdim WEB saytları tamamilə yığmağı öyrənim. Amma sonra hiss elədim ki, mənə proqramlaşdırmanın kod hissəsi yox, görüntü hissəsi maraqlıdır. Ona görə dizayn hissəsi ilə başladım maraqlanmağa. Youtube-da videolardan öyrəndim. İndi də bununla məşğulam.

- Hər insan bir şeylərdən təsirlənib bir işə başlamaq qərarını verir. Sizi bu işə təsirləndirən nə oldu?
- Məndə uşaqlıqdan rəsmə qrafikaya həvəs olub. Heç bir rəssamlıq məktəbinə getmədən özüm çəkməyə başlamışam. İlk dəfə çəkdiyim rəsmlərdən biri Şah İsmayıl Xətainin şəkli idi. Evdəkilər görüb bəyənmişdilər. Ümumiyyətlə bizim ailəmizdə rəsmə böyük meyil var. Məsələn, mənim anam rəsm çəkə bilir və rəssam hissiyatı var. Babam da özü arxitektor idi, amma rəsm çəkməyi bacarırdı. Ona görə yaş gəldikcə yaradıcılığa daha çox həvəsim yaranır. Plastelindən, kardondan bir şeylər düzəldirdim. Həmişə də onlara görə yaxşı qiymət alırdım. Sonra hiss etdim ki, məndə dizaynerliyə də həvəs var. Daha çox bunun üstünə düşmək istədim. Universitetdə 2-ci kursda hiss etdim ki, mən bu sahəyə yönəlmək istəyirəm. Azərbcaycanda gənclər əslində öz seçimlərində bir çox vaxt yanılırlar. Universitetə daxil olandan sonra anlayırlar ki, bu, onların istədiyi sahə deyil. Özlərini daha gec tanıyırlar. Kompüter mühəndisliyi üzrə oxusam da, mən də sonradan anladım ki, mənim qrafikaya həvəsim var.

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

- Bayaq Şah İsmayıl Xətainin adını çəkdiniz və onun portretini çəkdiyiniz birinci rəsmlərdən olduğunu dediniz.
- Yox əslində mən onu çəkəndə hələ uşaq idim. Məktəbə belə getmirdim. Tarix dərsliyi kitabının üz qabığından görüb çəkmişdim. Profildən şəkli idi.

- Bəs sonradan tarixə marağınız yarandı?
- Belə deyim, intelektuallıq üçün yaxşı olsa da, tarixin özünə marağım çox da yoxdur. Amma arada çalışıram oxuyum, məlumatım olsun.

- Bu günün qrafikası, dizaynerliyi nələr tələb edir?
- Bu gün ən əsas tələb olunan minimallıq və monoxromluqdu. Yəni, sadə olsun və rəng daha az istifadə olunsun. Monoxromluq rəngin daha az istifadə olunmasıdır. Məsələn, logolarda da daha çox minimallığa üstünlük verilir. Bir də ki gərək loqo hər hansısa bir şirkətin və mağazanın mahiyyətini çatdıra bilsin.

- Siz sifarişlə işləyirsiniz yoxsa daha çox özünüz üçün?
- Əslində indi sifarişlər azdı. İki-üç sifariş var, amma onlar da müsabiqəylədir. Yəni, çəkirsən, göndərirsən, onlar isə seçirlər. Hələ ki seçildiyim biri olmayıb, amma göndərmişəm, gözləyirəm. İndiyə qədər üçündə iştirak etmişəm. İkisindən xəbər gözləyirəm, birindən isə keçməmişəm.

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

- Sizin sahənizdə Azərbaycanda bu gün rəqabət güclüdür?
- İndi hiss edirəm ki, rəqabət çoxdur. Çünki bu işlə məşğul olmağa başlayan gənclər də çoxalıb. Onların içində professional olan çox deyil, amma ən azından professionallıq yoluna başlayıb. Çox insanın marağı var bu sahəyə.

- Sizin əl işlərinizi incələyəndə çəkdiyiniz bir logo diqqətimi çəkdi. Baku Parkın logosu çox maraqlı idi. Həm sadə həm də elit görünür. Həmin logo sizin ağlınıza necə gəldi?
- İlk olaraq girdim araşdırdım ki, shopping center-lərin istinad etdiyi logolar daha çox hansılardır. Gördüm ki, səbət formasıdır. Sonra eskizlər çəkməyə başladım. Bir çox formada çəkdim, sonda ağlıma gəldi ki, bu formada olsa daha yaxşıdır. Həm fonta uyğun olur, incə-incə. Fontu da girdim axtardım, sadə formasını tapdım. Topoqrafika, xəttatlıq formasında oldu.

- Yaradıcı hər insan öz daxilində əslində bir ideya daşıyır. Sizin özünüzün nəzərdə tutduğunuz ideya və ya ictimai ideologiya varmı?
- Mən daha çox fərdiyyatçıyam. İdeologiyalar haqqında məlumatım olsa da, üstünlük vermirəm. Çünki məni cəlb edəcək bir ideologiya yoxdur.

- Sizcə yaradıcı insan fərdiyyatçı olmalıdır, yoxsa daha çox cəmiyyət üçün işləməlidir? Yəni, cəmiyyətə aiddir yoxsa sadəcə özünə?
- Düşünürəm ki, yaradıcı insanlar iki cür ola bilər: Fərdiyyatçı, cəmiyyət üçün. Adətən pul qarşılığında yaradırsa, o, daha çox cəmiyyətin fikirlərinə uyğunlaşır. Yazıçı olsun və ya rəssam olsun. Amma pul qarşılığında işləməyən, yaratmayan insanlar daha çox özləri üçün yaradırlar. Onun üçün maraqlı deyil cəmiyyət bunu xoşlayacaq ya yox. Belə olanda ancaq bilmək olar ki, həqiqətən onun yaratdığına nə qədər dəyər verilir və onlar nə qədər dəyərlidir. Amma yaradıcılıqda həm də mesaj ötürmək anlayışı var. Yəni, öz əsərlərində gizli şəkildə cəmiyyətə mesajlar göndərirlər.

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

- Gələcəkdə çatmaq istədiyiniz ən böyük məqsədiniz nədir?
- Mən film çəkmək istəyirəm. Bu sahəni öyrənib, xaricdə oxuyub, başlamaq istəyirəm. Özümü rejissordan daha çox, kameraman kimi görürəm.

- Hansı filmlərə daha çox üstünlük verirsiniz?
- Daha çox dramları sevirəm. Məsələn “Dreams” kinosu var, inqilabçılar haqqındadır. O filmi sevirəm. Həmin film fransız dilindədir, mənim isə Fransaya bir az həvəsim var. Ordakı yaşayış tərzi məni cəlb edir. Fransızlar sənətə daha çox həvəslidirlər.

- Necə bir cəmiyyət istəyərsiniz?
- Düzgün düşünən bir cəmiyyət. Çünki bizdə insanlar düzgün düşünmür. Bu da daha çox uşaqlıqda onlara verilən tərbiyədən aslıdır. Valideyinlər səhv formalaşdırırlar və elə də davam edir. Akademiyadan evə qayıdanda avtobusa rus ailə mindi. Balaca uşaqla ana. Uşaq hardasa birinci ikinci sinifdə oxuyardı. Kitabını açdırıb ona dərsini başa salırdı. Azərbaycan ailəsi olanda uşağı döyürlər, ağladırlar, qışqırdırlar. Onu hiss etdim ki, onlar daha mədənidirlər. Həm də uşağı daha lazımlı istiqamətə yönəldirlər, nəyinki bizimkilər. Döymək düzgün deyil, onu daha başqa formada izah etməlisən. Disiplin qaydaları qoyulmalıdır, amma bu qədər yox.

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

 

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

 

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

 

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

 

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

 

"Rus valideynlər azərbaycanlılardan daha mədənidir" - MÜSAHİBƏ

Cavid Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti