DSK: "Orta əməkhaqqı 500 manata yaxınlaşıb"

11-04-2017, 15:37
Oxunub: 237
1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb.

Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,9 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,1 faizi təhsil, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manata çatıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti