Nazirlik: Sonuncu dəfə belə isti hava 2012-ci ildə olub

10-04-2017, 12:30
Oxunub: 206
“Aprel ayında bundan da isti günlər olub."


Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, sonuncu dəfə aprelin 9-da Bakıda və Abşeron yarımadasında belə isti hava şəraiti 2012-ci ildə müşahidə edilib. Lakin həmin zaman qeydə alınan temperatur dünənki temperaturdan da yüksək olub.

A.Verdiyev dünənki isti, eləcə də bugünkü soyuq hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu, ayrı-ayrı illərdə belə halların müşahidə edildiyini və anomal hesab edilmədiyini söyləyib:

“Aprel ayında bundan da isti günlər olub. Havanın dünənki istidən sonra belə soyuması aprel ayı üçün xarakterik olan bir haldır. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir”.

Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb.

Bu gün havanın temperaturunun gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti