MM-in növbəti plenar iclasının vaxtı və gündəliyi müəyyənləşib

10-04-2017, 11:36
Oxunub: 355
İclasın gündəliyinə 36 məsələ daxildir.


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası aprelin 14-də keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir. Bunlar Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvləri barədə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Məktəbə qədər təhsil haqqında” qanun layihələri, “Yanğın təhlükəsizliyi haqqında”, “Turizm haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Telekommunikasiya haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında” və digər bir sıra qanunlara, o cümlədən Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti