Rusiyali teleaparıcı İlham Əliyevlə görüşündən yazıb

8-04-2017, 15:02
Oxunub: 153
"Marat Uyeldanov haqqında da söhbət etdik"


Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə çərşənbə axşamı ətraflı məlumat verəcək.

Virtualaz.org xəbər verir ki, “Twitter”də abunəçilərinin suallarını cavablandıran Vladimir Solovyov yazıb: “Şəhidlər Xiyabanına getməmişəm. Prezidentlə söhbət etmişəm. Çərşənbə axşamı nəql edərəm”.

İlham Əliyevlə Aleksandr Lapşin barədə danışıb-danışmadığı barədə suala o, belə cavab verib: “Danışdım, özü də ancaq Lapşin barədə deyil, efirdə söhbət açdığım başqaları barədə də. Marat Uyeldanov haqqında da söhbət etdik. Özü də ətraflı. Mənim mövqeyimi bilirlər”.

Xatırladaq ki, dünən Azərbaycan prezidenti rusiyalı teleaparıcı Vladimir Solovyovu qəbul edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti