Gənc yazıçıdan ilk kitab: "Otaq yoldaşım Pinti"

6-04-2017, 18:00
Oxunub: 2789
"O qısa müddət də olsa xoşbəxt olmağı bacarır"


Gənc yazıçı Elmar Şahbazov "Otaq yoldaşım Pinti" adlı ilk kitabını təqdim edib.  

Etatist.com-un xəbərinə görə, kitabın təqdimatı aprelin 2-də 1984 pub/loungeda baş tutub.


"Nə eşitdiklərinə, nə də gördüklərinə", aşkar həqiqətə söykənmədən, vicdan məhkəməsinin doğrulamadığı qərarlarla nəticə çıxarıb hərəkət etmə, inanma."

Kitabın mövzusu da maraqlıdır. Kənd mühitində böyümüş Kənan Bakı şəhərindəki universitetlərin birinə qəbul olur. Elə birinci kursda ikən Arzu adlı qrup yoldaşından xoşu gəlməyə başlayır. Arzuya sevgisini açmaq istəyən Kənan qrup yoldaşları ilə birgə film izləmək üçün getdiyi kinoda gördüyü mənzərədən dəhşətə gəlir. Bu mənzərə ilə onun qəlbində Arzuya qarşı olan sevgisinin yerini nifrət hissi alır.

Kənan qarşılaşdığı hadisəni unutmaq üçün düşünülməmiş addımlar atır, qarışıq yollara girir. İkinci semestr zamanı danışıq klubunda Günay adlı bir qızla tanış olur. Onunla sevgi münasibətləri yaşayaraq Arzunu unutmağa çalışan Kənan qısa müddət də olsa xoşbəxt olmağı bacarır.

"Axır ki, biz onu yerə sərməyi bacardıq. O, yerə yıxılsa da, ölməmişdi, amma hərəkət etməyə də halı yox idi."

Kitabı Bookzone, Akademik, Rebus, Papirus, Oyal, Kitabevim.az, Məntik, Ali və Nino kitab evlərindən əldə edə bilərsiz.

Gənc yazıçıdan ilk kitab: "Otaq yoldaşım Pinti"


İlkay Əliyeva
Etatist.com




Şərhlər : 1 Şərh yaz
ali 7 aprel 2017 19:27  

oxumuyanlar cox wey itirib

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti