Rostovun mərkəzində partlayış

6-04-2017, 11:25
Oxunub: 306
Partlayış nəticəsində bir nəfər xəsarət alıb


Rusiyanın Rostov-Don şəhərinin mərkəzində partlayış baş verib. Nəticədə bir nəfər xəsarət alıb.

Report xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər.

“Hadisə səhər saat 7-də (Moskva vaxtı ilə) Sosialist küçəsində olub.

İlkin məlumata görə, partlayış nəticəsində bir kişinin əl barmağı qopub. Hadisə məktəb yaxınlığında baş verib”,- deyə informasiyada vurğulanıb.

Məlumata görə, partlayış olan yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti