Əcnəbi tələbələrin Cocuq Mərcanlıya səfəri təşkil olunub

5-04-2017, 13:50
Oxunub: 271
F. Qurbanov qeyd edib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.


Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər həyata keçirilib.

APA-nın xəbərinə görə, səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib.

F. Qurbanov əcnəbi tələbələrə Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib. Cocuq Mərcanlıda ermənilər tərəfindən törədilən vəhşiliklər haqda danışan nazir müavini bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb”.

F. Qurbanov qeyd edib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.

İştirakçılara Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib.

İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə də tanış olublar. Məlumat verilib ki, 150 şagirdin təhsil alacağı məktəbin tikintisinə bu ilin fevralında başlanılıb.

20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə də baş çəkilib.

Səfər iştirakçıları kənddə ağac əkiblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti