Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

4-04-2017, 12:53
Oxunub: 407
Məlumata görə, həmin ərazidə təmir işləri aparılacaq.


Bu gündən etibarən Bakının Binəqədi rayonunda, İbrahimpaşa Dadaşov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu, "Azəravtoyol" ASC-dən daxil olan məlumatda bildirilir.

Məlumata görə, həmin ərazidə təmir işləri aparılacaq.

"Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur",- deyə məlumatda qeyd edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti