İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

3-04-2017, 13:54
Oxunub: 291
Xalis çəkisi 36,873 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.


Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti