“Binə” ticarət mərkəzində yanğın söndürüldü

1-04-2017, 11:50
Oxunub: 513
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


“Binə” ticarət mərkəzindəki yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, yanğın qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.

*   *   *

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə" ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

Virtualaz.org FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti