Məktəb direktoru təyinatı yeni qaydalarla aparılacaq

31-03-2017, 12:30
Oxunub: 420
Direktor olmaq istəyənlər aprelin 1-dən 15-dək müraciət edə bilərlər.


Orta məktəblərə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib. Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Direktor olmaq istəyənlər aprelin 1-dən 15-dək müraciət edə bilərlər. Namizədlərə hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçmək imkanı yaradılıb.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti