Şirkət FHN-i məhkəməyə verib

30-03-2017, 15:30
Oxunub: 277
İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır


"Home Baku" MMC Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətini, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsini və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunu məhkəməyə verib.

Report-un əldə etdiyi məlumata görə, şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qismində isə Cavanşir Əliyev göstərilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti