Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib

27-03-2017, 19:37
Oxunub: 196
Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib


AzərbaycanınArgentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin prezidenti Maurisio Makriyə təqdim edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi zamanı keçirilən görüşdə səfir R.Aslanov Azərbaycanın Prezidenti İlham Əliyevin salamlarını Argentina prezidentinə çatdırıb.

Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov haqqında Prezident Maurisio Makriyə ətraflı məlumat verib. Görüş zamanı həmçinin Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti