Fotoqraf olmaq istəyənlərin diqqətinə

24-03-2017, 14:37
Oxunub: 913
"Təlimlər nəzəri və praktiki olaraq tədris ediləcək"


Milli Fikir Mərkəzi və United Colors of Azerbaijan birgə fotoqraf kursu təşkil edib.

MFM-in mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə, təlimlər üçün qeydiyyat artıq başlayıb. Layihə rəhbəri, Milli Fikir Mərkəzinin sədr müavini Pünhani Əsgərlinin sözlərinə görə onlar kursu gənclərin fotoqrafiyaya olan marağını nəzərə alaraq təşkil edib:

"Milli Fikir Mərkəzi və UCA gənclərin fotoqrafiya sahəsinə olan marağını nəzərə alıb gənclər üçün bir həftəlik fotoqraf kursu elan edir. Kurs müddətində gənclərə fotoqrafiyanın müxtəlif sahələri üzrə təlimlər keçiriləcək. Təlimlər nəzəri və praktiki olaraq tədris ediləcək".

Kurs üçün qeydiyyatdan keçən gənclərin müsahibə yolu ilə seçiləcəyini bildirən P.Əsgərli əlavə edib ki, təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və iştirakçıların sərgisi keçiriləcək.

Qeyd edək ki, təlimlər 17-23 aprel arası, həftənin I, III və V günləri saat 14:00-17:00 arası keçiriləcək.

Ödənişsiz keçiriləcək təlimlər üçün son qeydiyyat vaxtı aprel ayının 9-dur.

Qeydiyyatdan keçmək üçün LİNK-ə daxil olun. Əlavə məlumat üçün əlaqə nömrəsi: 050 716 10 48

Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti