"Bu müsahibədən sonra məni öldürmək istəyə bilərlər" - Müsahibə (II HİSSƏ)

22-03-2017, 14:44
Oxunub: 10436
"Övlad bir növ məhsul, ana isə əkindir"


Təzəlikcə bir məlumat aldım. Bakıda Allahın elçiləri varmış, özü də xeyli sayda. Onlar Məhəmməd peyğəmbəri sonuncu olmadığını iddia edirlər. Həmin rəsulların biri ilə təsadüfən facebook-da tanış oldum və qərara gəldim ki, onu redaksiyaya dəvət edib müsahibə alım. Qabaqlar Allah elçisi deyiləndə nəzərimdə fövqəltəbii, möcüzəvi bir şəxs canlanırdı. Lakin müsahibim Yalçın Nəzərov bunun tam əksinə olduğunu mənə göstərdi.

Müsahibənin I hissəsini BURADAN oxuya bilərsiniz. 

Etatist.com II hissəni təqdim edir:

"Ola bilər mənim bu müsahibəm kiminsə xoşuna gəlməsin və məni öldürmək qərarına gəlsin..."

- Yalçın bəy, bəs bu qədər rəsulun bir yerdə olmağına nə lüzum var?
- Azdı hələ...

- Hələ azdı?
- Azdı, bəli. Rəsulların sayı hələ daha çox olmalıdı. Hətta hər evdə bir rəsul olmalıdı.

- Bu, azğınlığın çoxalması ilə əlaqədardı?
- Sizcə azğınlıq azalıb, yoxsa çoxalıb?

- Məncə çoxalıb.
- Bütün rəsulların dövründə azğınlıq olub. Lut əleyhissalamın dövründə kişilər kişilərlə cinsi əlaqəyə girirdilər, bu gün ondan qat-qat artıq pis vəziyyətin olduğunu görürük. O gün internetdə yazılmışdı ki, bir nəfər telefonla evlənib. Kimi heyvanla evlənir, qadın qadınla münasibət qurur. Şüeyb əleyhissalamın vaxtında camaat tərəzidə aldadırdı. İndi də haqq, ədalət, insaf tərəzisi aradan gedib. Bu ifrat həddə çatıb. Rəsullar da xəbərdarlıq üçün, ayələri söyləmək, şahid olmaq üçün gəlirlər.

- Tarixdə belə bir analoji hadisə olubmu? Qurana görə bir məkana eyni vaxtda bir neçə, hətta onlarla rəsul gəlibmi?
- Quranda adı çəkilən və çəkilməyən rəsullar var. 4-ci surə 164-ci, 40-cı surə 78-ci,25-ci surə 37-ci ayələr. Bu gün 124 min peyğəmbərin olduğunu söyləyirlər ki, bu fikir də səhvdir. Çünki Quranda bu say barəsində heç nə yazılmayıb. Əgər ildə bir rəsul gəlsə, bu artıq 124 min il edir. İnsanın formalaşması üçün isə tarixdə bu qədər vaxt keçməyib. Eyni zamanda insanların sayı da çoxalıb. Buna görə də rəsulların sayı da çox olmalıdır. (10-47) Və küllisi üçün ümmətin rəsul. Və onda ki, gəldi rəsulları, qəzavat aralarında insaf ilə və onlara yox zülmləri!

"Əgər bir milyon kişinin bir arvadından savayı daha bir qadınla da evlənsə, onda fahişəlik olmayacaq. Çünki qadının əri olacaq, evi, himayəsi olacaq.."

"Bu müsahibədən sonra məni öldürmək istəyə bilərlər" - Müsahibə (II HİSSƏ)

- Yəni qabaqlar əhali az olduğuna görə rəsullar da az gəlirdi?
- Rəsullar şahid olmalıdır. Məsələn mən bayaqdan sizinlə danışıram, bununla da sizə şahidlik etdim. (33-45).Yə əhli nəbi! Həqiqətən Biz göndərdik səni şahid və bəşarətçi və nəzərçi (33-46) və dəvətçi tərəfinə Allahın izni ilə Onun və çıraq nurlu.
Bundan sonra siz qəbul etsəniz də, etməsəniz də bu artıq mənə aid deyil. Rəsulun vəzifəsi aşkar təbliğdən başqa bir şey deyil. Rəsul gəlib ayələri oxuyur, təbliğ edir. Kimisi ona inanır, kimisi də inanmır. (18-29). Və de: «Haqq Rəbbinizdən. Və kim istəsə və inansın və kim istəsə və kafir». Həqiqətən, Biz hazırlamışıq zalimlər üçün od - əhatə onlar ilə çadırı onun. Və əgər istəsələr yardım, yardımları su ilə kimi məhlul, yandırır vəchi. Pis şərab və pis rəfiq!

Bu artıq Allaha aid olan məsələdir. Kafir sözü də inanmayan deməkdir. Bəzən kafir sözü insanların acığına gəlir. Həmin insanlar kafir əməlləri edir, amma adı bəyənmir. Möminin əməlini etmir, amma adı xoşuna gəlir.
Azərbaycan müstəsna seçilmiş yerdir. Allah bu torpağı seçib. Bu, tərif deyil. Tərif yalnız Allah üçündür. Azərbaycan qonaqpərvərliyi ilə, rəhimliyi, hörmət, ehtiram, Allah qorxusu və digər xüsusiyyətləri ilə məxsusi bir ərazidir. Buna görə rəsulların məhz burada qalxması da elə-belə deyil. Buranın seçilmiş yer olmasına görədir. Bunu da qeyd edin ki, bu gün çoxarvadlılığın əleyhinə çıxırlar. Baxın, nə qədər qadın Dubaya gedir, Türkiyədə evlənmə verilişlərinə çıxırlar. Əgər bir milyon kişinin bir arvadından savayı daha bir qadınla da evlənsə onda fahişəlik olmayacaq. Çünki qadının əri olacaq, evi, himayəsi olacaq. Bundan başqa bir misal çəkmək istəyirəm, əkin və əkinçi var. Əkin əkiləndən sonra onun məhsulu əkinçidə qalmalıdır. Çünki əkində qalsa çürüyüb tələf ola bilər. Allah Quranda da deyir ki, qadınlarınız sizin əkininizdir. (2-223).Qadınlarınız əkin sizə və gəlin əkininizə, nətəri istədiniz və təqdiminiz nəfsiniz üçün. Və təqvanız Allaha və bilin həqiqətən, siz görüşənləri Onun və bəşarətin mövminlərə!
Beləliklə də Allahın qanunu ilə uşaq da ata ilə qalmalıdır.

"Ər öz arvadı ilə boşananda uşaq ata ilə qalmalıdır. Bu, Allahın qanunudur..."

"Bu müsahibədən sonra məni öldürmək istəyə bilərlər" - Müsahibə (II HİSSƏ)


- Ata ilə, yoxsa ana ilə?
- Yox, Allahın qanununa görə ata ilə qalmalıdır. Ana ilə qalması dünyəvi qanundur, dövlətin qanunudur. Çünki övlad bir növ məhsul, ana isə əkindir. Məhsul da əkində qalsa çürüyər. Allahın qanunu da pozulur. Ona görə də fitnə-fəsad çoxalır. Bu dediklərim problemlərin bəziləridir. Rəsullar da bu kimi məsələləri bəyan etməyə gəlir. Rəsullar təbliğ edir, bəyan edir, danışır, ancaq kimisə düz yola gətirmək, hidayət etmək rəsulun vəzifəsi deyil. "(2-272).Deyil üzərinə sənin hidayətləri. Və lakin Allahdır hidayəti kim istəyir. Və nə infaqınız xeyirdən və nəfsiniz üçün. Və nə infaqınız ancaq axtarmaq vəchini Allahın. Və nə infaqınız xeyirdən, vəfa tərəfinizə və sizə yox zülm."

- Sizin ictimai-siyasi proseslərə olan münasibətiniz necədir?
- Biz Allah tərəfindən qaldırılmışlarıq. Camaat bizi fərqli hesab edir. Biz sanki yad planetlərdən gələnlərik. Bizim yaşayışımız bu camaatdan fərqlidir. Biz siyasi proseslərə də Allahın qanunları ilə baxırıq. Dünyəvi insanların söylədikləri hadisələrə Quran nəzərindən yanaşırıq. Çünki biz insanlar üçün Allah şahidi kimi gəlmişik.

- Sizin rəsulların arasında hansısa siyasi ideologiya nümayəndəsi varmı? Məsələn, ola bilərmi ki, hansısa rəsul kommunist, sağçı, yaxud liberal olsun?
- Xeyr. Onda həmin kəs Allah adamı olmayacaq. Bu ki, Allaha təslim olmaq deyil. Həmin şəxs kommunist, demokrat olacaq. O zaman partiya üzvü olmalıdır...

- Yox, vacib deyil ki, hansısa partiyanın üzvü olsun. Rəsul bir vətəndaş kimi hansısa bir ideologiya daşıyıcısı ola bilər?
- Kim olur, olsun. Allah rəsulu ola bilməz. Siz dediyiniz də bir əqidədir. Lakin bizim əqidəmiz tam başqadır. Allahın əqidəsi olan yerdə mən Allaha necə şərik qoşa bilərəm? Siz dedikləriniz hamısı dünyəvi məsələlərdir. Tutaq ki, mən həmin ideologiyaların ardınca getsəm, bu mənə nə verəcək? "(11-15). Kim olar iradəsi həyatına dünyanın və zinətinə onun, vəfamız tərəflərinə əməllərini orada və onlara orada yox əskiklik." 

- Yəni bunu fani hesab edirsiz?
- Əlbəttə. Mən buna görə özümə niyə zülm etməliyəm?
(39-47).Və əgər həqiqətən, o kəslər üçün zalimlər, nə ərzdə cəmiyyən və misli onun onunla, fədası onun ilə pisdən əzabı günü qiyamətin. Və aşkar onlara Allahdan nə deyil olalar hesablılar.

"Bu müsahibədən sonra məni öldürmək istəyə bilərlər" - Müsahibə (II HİSSƏ)

Siyasətdə olmaq üçün yalana, ikiüzlülüyə getmək lazım olacaq. Yaltaqlıq etmək lazım olacaq. Bu gün dünyada ciddi siyasi proseslər gedir. Azərbaycana da təzyiq göstərməyə çalışırlar. İran bir yandan, Qərb digər yandan. Hətta, Türkiyə böyük dövlət olduğu halda, heç nə edə bilmir. O ki qaldı Azərbaycan kimi kiçik ölkəyə, biz hər tərəfdən böyük dövlətlərlə əhatə olunmuşuq. İran elə birinci İslamın düşmənidir. Əlbəttə, söhbət xalqdan yox, fars imperiyasından gedir. İran özü inanan olsaydı, kafirlərlə, Ermənistanla dost olmazdı, onunla hərbi saziş bağlamazdı.Bunlar hamısı ingilislərin və digərlərinin düzəltdiyi siyasətdir. Bu mənim subyektiv fikrimdir. Mən bunu siyasət baxımından deyil, Quran ayəsinə görə söyləyirəm.

"(3-28).Yox almaq möminlərə kafirləri övliya başqasından möminlər! Və kim fəaliyyəti bu sənin üçün və deyil Allahdan şeydə, ancaq ki, təqvanız onlardan təqva.Və həzəri sizə Allah nəfsinə Onun və tərəfinə Allahın qayıdış!"

Xomeyninin atası deyilənə görə ingilis, anası hindus olub. Bir internet saytında yazılmışdı. Bunlar hamısı illər boyü yürüdülən siyasət olub ki, din adına təfriqə salsınlar. Bu eynilə ərəblərə də aiddir. Bu gün də İŞİD yaradıblar. Guya İslamı yayır. İslam salamatçılıq, sülh, əmin-amanlıq deməkdir. Zor, ikrah, məcburiyyət deyil. 2-ci surə 256-cı,10-cu surə 99-cu,50-ci surə 45-ci ayələr. Quranda “qətl” kəlməsi var. Qətl döyüş deməkdir. Döyüş zamanı ölüm ola bilər. Bu, elə baş kəsmək, öldürmək mənasında deyil. Öldürən də, dirildən də Allahdır. Mən bu dəqiqə sizinlə döyüşürəm. Yəni ayələrlə. Silah Qurandır. Qılınc yarası gedər, söz yarası yox.
Öldürmək də, baş kəsmək də ancaq Quranla ola bilər. Yəni mənəvi. Ələsgər əleyhissəlam mən cahil olanda məni Allahın izni ilə Quran ayələri ilə öldürdü. Əgər ki, fiziki öldürülsəydim mən bu gün Allaha tərəf qayıdıb, Allah yolunda olmazdım.

- Sizin əqidənizdə mədəniyyət və incəsənət sahələrinə münasibət necədir? İslam dinində musiqi haram sayılır, sizdə də belədirmi?
- Bizim camaat musiqi də dinləyir, kinoya da gedir. Musiqi Allahın vediyi bir istedaddır. Allah bu xalqa muğam kimi gözəl bir nemət verib. Yeddi not, yeddi muğam. Məzhəb və təriqətlərin Qurandan kənar Allahın dininə iftiralarıdır. Allah Quranda deyir ki, Allahın adından bu haramdır, bu halaldır deməyin. Quranda harda yazılıb ki, musiqi haramdır? Quranda nəyin halal, nəyin haram olması aşkar yazılıb. 6-ci surə 145-ci,151-153-cü,7-ci surə 33-cü ayələri. Haram o şeylərdir ki, Allahın zikrindən uzaqlaşdırır. Əlbəttə, insan özünü bütünlüklə musiqiyə bağlayıb Allahı unudarsa, bu haram olacaq. Mən oxuyuculara məsləhət görərdim anladıqları dildə Quranı oxusunlar! Bu mənə açılanların bir hissəsidir, Allah istəsə, onlara məndən də artıq açıb, öyrədər.

- Yalçın bəy, müsahibə üçün sizə təşəkkür edirəm.
- Allahın salamı, sülhü, əmin-amanlığı, rəhməti olsun üzərinizdə! Həmd Allah üçündür Rəbbidir aləmlərin!

Səid Riad
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti