Sosial gərginliyin səbəbləri nələrdir? - Açıqlamalar

21-03-2017, 19:12
Oxunub: 699
"İdeoloji bir iş aparmaq lazımdır"


Ölkə ərazisində Novruz Bayramının keçirilməsinə baxmayaraq əhali arasında böyük bir sosial gərginlik hiss olunur. Kimiləri bu gərginliyin səbəbini maddi çətinliklərlə, kimiləri isə başqa səbəblərlə əlaqələndirir. Bəs bu sosial gərginliyin səbəbi nədir? Bununla bağlı mütəxəsislərin fikrini aldıq.

Milli Fikir Mərkəzi təşkilatının sədri Şəhriyar Məcidzadə Etatist.com-a bildirdi ki, sosial gərginliyin əsas səbəblərindən biri insanların özlərinə aid edəcəkləri bir yolun olmamasıdır.

Sosial gərginliyin səbəbləri nələrdir? - Açıqlamalar

"Bu gün insanları qarşı-qarşıya qoyan fərqli qütblər formalaşıb. Bizi birləşdirəcək, sabahımızdan əmin edəcək, insanların özlərini təsdiq edəcəyi heç bir imkan və şərait yoxdur. Bu da təbii olaraq fərdi gərginlik yaradır, daha sonra isə sosial gərginliyə səbəb olur".

Azərbaycan Sosial iş İctimai Birliyi icraçı direktoru Lamiyə Rzayevanın sözlərinə görə isə, sosial problemlər bütün ölkələrdə var, lakin tez həll olunur:

Sosial gərginliyin səbəbləri nələrdir? - Açıqlamalar

"Çünki problemlərin həllinə peşəkar və kompleks yanaşma edilir. Məncə, bizim ölkəmizdə də peşəkar yanaşmanın tətbiqinin vaxtı çoxdan gəlib, hətta keçir. Sosial problemləri həll etmək, gərginliyi aradan qaldırmaq üçün sosial işçilərin dəstəyinə ehtiyac var. İstər bu sahədə çalışan dövlət orqanlarında, istər vətəndaş cəmiyyəti təşkilatlarında, istərsə də icmalarda. Sosial işçi deyəndə hansısa təşkilatda könüllü işləyən şəxs yox, məhz sosial iş üzrə təhsil almış peşakar şəxs nəzərdə tutulur. Necə ki, bir yerimiz ağrıyanda həkimə gedirik bizi sağaldır, cəmiyyətin problemlərini də sosial işçilər "sağaltmalıdır".

Psixoloq Ramil Nəcəfli isə Etatist.com-a açıqlamasında sosial gərginliyin psixoji yox, maddiyatla əlaqəli olduğunu dedi:

Sosial gərginliyin səbəbləri nələrdir? - Açıqlamalar

"İnsanların sosial çətinlikləri, iqtisadi vəziyyəti o qədər pis olur ki, sonunda gərginlik yaranır. Onların əhval-ruhiyyəsini canlandıran, çox vaxt maddi imkanlarıdır. Pensiyaların yüksəldilməsi, iş imkanlarının çox olmasıyla bunu aradan qaldırmaq mümkündür. Kredit borcu olanların vəziyyətinin yaxşılaşdırılması, onlara köməklik edilməsi də çox stimulverici olardı. Birinci növbədə budur.
Tarix boyunca insanların başqa problemləri də olub, bunlar da təsir edib. Heç bir problemi yoxdur, amma narkomaniya və başqa mənfi şeylərlə məşğul olur. Bu da daxili boşluqdan irəli gəlir. Təklif edərdim ki, bir ideologiyaya və ya mənəvi boşluğu aradan qaldırmaq üçün dinə yönəlsinlər. Fanatizm yox, əlbəttə. Sadəcə bu boşluğu doldurmaq üçün meditasiyayla da məşğul ola bilərlər. Bu insanlara kömək edə, onların mənəviyyatını zənginləşdirə bilər.

Problem sadəcə sosial deyil, insanlarda aqresiyya var. Bəzilərinin maddi problemini də həll etsələr, yenə də düzəlməyəcəklər. Varlı olanlar narkaman olacaq, kasıblar isə intihar edəcək. Çünki həyatda bir məna tapa bilmirlər. Ancaq bu o demək deyil ki, həyat mənasız, məzmunsuzdur. Dünyaya gəlmişiksə, bunun bir səbəbi var. Onlara bir motivasiyaedici nəsə lazımdır. Bizim insanlarda təəssüf ki, cılız şeylərin əsiri olmaq var. Onların enerjilərini yönləndirmək lazımdır. Xaricdə bunun üçün bir çox şeylər var, futbol, at oyunları və s. Aqresiyyalarını, sosial gərginliyi bu cür aradan qaldırırlar. Bizdə isə heç bir şey yoxdur, şərq ruhumuz var. Bu heç kəsin günahı deyil, bizim mentalitetimizlə, şərqliliyimizlə əlaqədar olan bir şeydir. İdeoloji bir iş aparmaq lazımdır bunun üçün. Enerjini buna yönləndirmək lazımdır."

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti