Tramp bir ildə bir milyard dollar itirib – “Forbes”

21-03-2017, 17:50
Oxunub: 558
Bir il öncə Trampın varidatı 4,5 milyard dollar idi.


ABŞ prezidenti Donald Trampın varidatı bir il ərzində bir milyard dollar azalıb və 3,5 milyard dollara enib.

Musavat.com-un məlumatlına görə, bu barədə “Forbes” nəşri yazıb.

Bir il öncə Trampın varidatı 4,5 milyard dollar idi. O, ən varlı adamların reytinq siyahısında 336-cı yeri tuturdu. Hazırda o, siyahının 544-cü pilləsindədir.

Bu ilin yanvarında ABŞ prezidenti bəyan edib ki, onun biznesi iki oğlunun – kiçik Donald və Erikin rəhbərliyi altına keçəcək.

Amerika prezidentinin əmək haqqı ildə 400 min dollar təşkil edir. Bundan əlavə, Ağ Ev başçısı şəxsi məsrəflər üçün ildə 50 min dollarlıq hesaba malikdir. Onun üçün həmçinin səfərlərin ödənməsi fondundan ildə 100 min dollar və əyləncələr üçün ayrıca 19 min dollar nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti