Avropa Komissiyası: Türkiyə ilə miqrasiya razılaşmasına alternativ yoxdur

20-03-2017, 17:46
Oxunub: 132
"Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib."


Avropa Komissiyası Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya sazişinə real alternativ görmür.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.

M. Sxinas deyib ki, sazişin reallaşdırılmasında çətinliklər ortaya çıxsa da, Avropa İttifaqı və Türkiyə arasında saziş vəziyyəti dəyişib və insan alverçilərinin öz maraqları üçün yaratdığı sərt sistemi dağıtmağa şərait yaradıb: “Biz sazişin tənqid edilməsi ilə bağlı çoxlu fikirlər eşidirik, ancaq heç kim bu sayda insanın xilas edilməsinə səbəb olacaq real alternativ təqdim etmir. Sazişi yerinə yetirmək isə əvvəlki kimi çətindir”. 

 
 
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti