Böyük Britaniyanın Aİ-dən çıxması proseduru martın 29-da başlayacaq

20-03-2017, 17:27
Oxunub: 41
"Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinin başlamasına qərar verib"


Böyük Britaniyanın Avropa İttifaqından çıxması proseduru (Brexit) martın 29-dan başlayır.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya baş naziri Tereza Meyin mətbuat xidməti açıqlayıb.

T. Mey Lissabon sazişinin 50-ci maddəsinə əsasən martın 29-da Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinin başlamasına qərar verib. Bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusku məlumatlandırıb.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas da Avropa İttifaqının Böyük Britaniya ilə danışıqların martın 29-da başlayacağından xəbərdar olduğunu açıqlayıb: “Böyük Britaniyadan məktub gözlyirik. Donald Tusk Avropa İttifaqına üzv 27 ölkənin dövlət və hökumət başçılarını bu görüşə çağıracaq. Avropa İttifaqı Brexit üzrə strategiyasını 2 sutka ərzində Lissabon sazişinin 50-ci maddəsinə əsasən 27 üzv ölkəyə təqdim edəcək”.

Qeyd edək ki, martın 16-da Böyük Britaniya kraliçası II Yelizaveta Brexit prosedurunun başlamasını bəyənib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti